Menu

Eboladan ölənlərin sayı 8 371 nəfərə çatdı

13.01.2015, 08:58

141012144849_ebola_virus_624in_v2_azeriQərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 371-ə çatıb.

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ümumilikdə bu virusa 21 171 yoluxma halı qeydə alınıb.

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb.

Liberiyada 8 278 yoluxma və 3 515 ölüm halı qeydə alınıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb – 10 094 nəfər, ölənlərin sayı isə 3 049 nəfər təşkil edir. Qvineyada 2799 nəfər xəstələnib, 1807 nəfər ölüb.

Qeyd edək ki, əvvəlki hesabatla müqayisədə ölənlərin sayı 82 nəfər, virusa yoluxanların sayı isə 85 nəfər artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol