Menu

Ərdoğan fransız kəşfiyyatını tənqid etdi - Video

13.01.2015, 16:40

Recep Tayyip ErdoganTürkiyə prezidenti: "Məgər kəşfiyyat xidməti onları izləməli deyildimi?"

Fələstinli həmkarı Mahmud Abbasla görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Fransanın kəşfiyyat xidmətini tənqid atəşinə tutub.

ANS TV-nin məlumatına görə, Ərdoğan ölkənin məxfi orqanının 17 nəfərin ölümündə təqsirləndirilən Kolubalı və Şərif Kuaşini həbsdan azad olduqdan sonra lazımınca izləməməkdə təqsirləndirib.

“İnsidenti törədənlərin kimlər olduğu bəllidir. Onlar fransız vətəndaşlarıdır. Bunu (Mahmud Abbasla ) müzakirə etdik. Fransa vətəndaşları bu qətliamı törətdiyi halda, onun bələdilini ödəyənlər müsəlmanlardır. Qaldı ki, Fransa vətəndaşı olan bu insanlar 16 ay həbsdə olub, 16 ay sonra cəzaçəkmə müəssisəsindən çıxıblar. Məgər kəşfiyyat xidməti onları izləməli deyildimi? “- deyə Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol