Menu

Prokuror Qurban Məmmədova 3 il həbs istədi

28.11.2013, 14:13
Prokuror Qurban Məmmədova 3 il həbs istədi

Noyabrın 28-də Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə proses davam etdirilib. "Azadliq.info” xəbər verir ki, prosesdə Qurban Məmmədov və vəkili Süleyman Qasımov vəsatətlə çıxış edərək məhkəmə istintaqının təzələnməsini istəyiblər. Vəsatətlər təmin olunmayıb və məhkəmə istintaqının bitdiyinə dair əvvəlki qərar qüvvədə saxlanıb.

Bundan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Qurban Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəyib.

Məhkəmə Qurban Məmmədovun vəkilinin çıxışı üçün fasilə götürüb. Növbəti proses dekabrın 3-ü saat 14.30-a təyin olunub.

Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol