Sammitdə anti-Rusiya qətnaməsi gözlənilir
Ukrayna müxalifəti Vilnüs sammitində böyük bir heyətlə təmsil olunur. Bu barədə musavat.com-a Vilnüsdə keçirilən sammitdə iştirak edən həmvətənimiz, Müsavat Partiyası başqanının müşaviri Yeganə Hacıyeva xəbər verib.
Onun verdiyi məlumata görə Yuliya Timaşenkonun partiyasının lideri Arseni Yasençuk, “Udar”ın lideri Vladimir Kliçko, “Svabodan”nın lideri Oleq Tyaqbinok sammitdə ciddi faəllıq ediblər. Hər üç partiya hökuməti Rusiyameyilli olmaqda ittiham edir. Onların apardıqları iş nəticəsində sammit sabah elan olunması üçün ciddi bir sənəd hazırlayıb. Həmin sənəddə üç maddə üzrə əsas tələb və prinsiplər sıralanacağı gözlənilir.
1. Rusiyanın imperialist üsullarla qonşularına təzyiqi kəskin şəkildə pislənir;
2. Ukraynaya AB ilə münasibətlərdə iqtisadi sahədə imtiyazlar verilməsi nəzərdə tutulur;
3. Ukraynada idarəçiliyin daha demokratik olmasının vacibliyi və bunun Ukrayna üçün daha gəlirli ola biləcəyi vurgulanır.
Sənəddən də göründüyü kimi, AB-nin bu sammiti anti-Rusiya əhval-ruhiyyəli tədbirə çevirmək və yeni revanş əldə etmək niyyətindədir.


Şərhlər