Menu

“Elşad Abdullayevin cinayət işi ilə bağlı istintaq davam etdirilir” - Kamran Əliyev

15.01.2015, 11:43
“Elşad Abdullayevin cinayət işi ilə bağlı istintaq davam etdirilir” - Kamran Əliyev

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

APA-nın məlumatına görə, 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev E. Abdullayevin hazırda axtarışda olduğunu bildirib.

O qeyd edib ki, vaxtı ilə onunla birgə çalışan və bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb ediliblər. K. Əliyevin sözlərinə görə, hazırda istintaq davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol