Menu

Türkiyə Ermənistanla sərhədi minalardan təmizləyir

28.11.2013, 20:14
Türkiyə Ermənistanla sərhədi minalardan təmizləyir

Türkiyə Ermənistanla sərthəddə 4 milyon kvadratmetrlik minalanmış sahəni təmizləyəcək. Ermənistanla sərhəddə bütün bu işlərin görülməsi üçün 52,4 milyon avro tələb olunur.

ANS PRESS-in “Türkiye” qəzetinə istinadən verdiyi məlumata görə, bu məbləğin 75%-ni AB, 25%-ni isə Türkiyə Müdafiə Nazirliyi verəcək. Layihə çərçivəsində sərhəd zastavalarını yeni texnika ilə təchiz etmək də nəzərdə tutulub. Türkiyə ilə Ermənistan arasında son zamanlar baş tutan gizli diplomatik görüşlər onu deməyə əsas verir ki, hökumət bu siyasi ideyanı gerçək müstəvidə reallaşdırmaq üçün Ermənistanla sərhədi açmağa hazırlaşır və mina təmizliyi də sərhəd qapısının açılması ilə əlaqədardır.

Xatırladaq ki, Türkiyə gələn il Ermənistan və İranla sərhədlərinin bəzi hissələrini minalardan təmizləmək üçün də işləri davam etdirəcək.

Bildirək ki, Türkiyənin ümumilikdə 11,6 milyon kvadratmetr minalanmış sahəsi var (ans press).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol