Menu

Neft yenidən ucuzlaşıb

16.01.2015, 10:08

xezer_neft-300x224Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,29 dollar artaraq 1 barelə görə 46,54 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,29 dollar bahalaşaraq 48,56 dollar olub.

Qeyd edək ki, dünən neftin qiyməti 50 dollarlıq psixoloji həddi keçib. Bu gün isə həm Brent markalı neft, həm də Texas neftinin qiyməti bu həddən aşağı düşüb.

Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən Fins.az-a verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 3,72% və ya 1,8 dollar bahalaşaraq 50,13 dollar olub.

Xatırladaq ki, bu neftin 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiymətindən 40 dollar aşağıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol