Yanvarın 15-də “Charlie Hebdo” jurnalına qarşı baş verən hücumla bağlı Fransada 10 nəfər polis tərəfindən saxlanılıb. Həbslər Paris ətrafında qəsəbələrdə həyata keçirilib. Polis ilk növbədə hücum edənləri kimlərin maşın və silahla təmin etdiyini araşdırır.Ümumilikdə bu hadisə ilə bağlı 50 cinayət işi açılıb. Bu haqda Fransa Ədliyyə Nazirliyi məlumat yayıb.
Yanvarın 16-da isə Parisdə dəmiryol vağzalında bomba yerləşdirildiyi haqda polisə məlumat daxil olub. Məlumatı aldıqdan sonra işə başlayan polis dəmiryol vağzalını boşaldıb. "Asoşeyted Press"in məlumatına görə, hadisə ilə bağlı artıq 10 nəfər saxlanılıb.
Dünən eyni zamanda Fransada daha bir girovgötürmə hadisəsi baş verib. Polislər Parisin Kolombes səmtində bir poçtda girovlar olduğunu bildirib. Ən azı 3 nəfərin girov götürüldüyü ehtimal edilir. Verilən məlumatlara görə, 1 nəfər silahlı şəxs yerli vaxtla saat 14:00 radələrində poçta girərək iki nəfəri girov götürüb. Hazırda polislər hadisə yerindədir. Ərazidə bir polis helikopterinin də uçduğu bildirilir. İlkin məlumata əsasən hadisənin terror yox, soyğun olduğu ehtimal edilir. Sözügedən şəhər paytaxt Parisin şimal-şərqində yerləşir.
Binaya hücum edən adam Kalaşnikov avtomatı, tapança və bir neçə qumbara ilə silahlanıb.
Belçika hakimiyyəti ölkədə aparılan antiterror reydindən sonra bir sıra regionlarda terror təhlükəsi səviyyəsini qaldırıb. Xüsusi xidmət orqanları tərəfindən aparılan əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib.
Qeyd olunur ki, bu əməliyyat irimiqyaslı antiterror reydi çərçivəsində həyata keçirilib.
Belçikada keçirilən antiterror əməliyyatının ötən həftə Parisdə baş vermiş terror hadisələri ilə birbaşa əlaqəsi yoxdur.
“Yeni Müsavat” “İTAR-TASS”a istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Manüel Vals ölkənin qərbinə səfəri zamanı çıxışında deyib. “Ehtimal edirik ki, bunlar arasında birbaşa əlaqə yoxdur. Bu hadisələr arasında yeganə əlaqə terrorçuların dəyərlərimizə və həmvətənlərimizə zərər vurmaq arzularıdır”, - o vurğulayıb.
Xatırladaq ki, yanvarın 16-na keçən gecə Belçikanın Vervye şəhərində antiterror əməliyyatı nəticəsində “islamçı” adı ilə iki nəfər öldürülüb, bir nəfər saxlanılıb. Federal prokurorluq bildirib ki, həmin şəxslər “yaxın zamanda Belçikada irimiqyaslı terror aksiyası gerçəkləşdirməyi planlaşdırırmış”.
İngiltərənin “The Telegraph” qəzeti xəbər verir ki, İŞİD-in tərkibinə 70 ölkədən 11 min mücahid qoşulub. İŞİD-də döyüşən avropalı mücahidlərin sayı və milliyyəti isə aşağıdakı kimidir.
Türkiyə - 500
Rusiya - 423
Serbiya - 350
Belçika - 296
Albaniya - 140
Kosova - 150


Şərhlər