Menu

Eldar İbrahimovdan Zahid Qaralova cavab

29.11.2013, 12:32
Eldar İbrahimovdan Zahid Qaralova cavab

«Azərbaycanda 600 min nazir yeri yoxdur ki, hamısı nazir olsun»

“İnsanların səriştəsi, qabiliyyəti nəzərə alınmaqla vəzifə verilir. İstəyir ”91-lər" olsun, istərsə də başqaları... “91-lər”in çoxu partiyayla əlaqə saxlamadı. Kənarda qaldılar". Bu sözləri YAP-çı deputat Eldar Ibrahimov modern.az-a müsahibəsində bildirib.

Bir neçə gün əvvəl qocaman YAP-çı Zahid Qaralov YAP-dan incik düşənlərin olduğunu bildirmişdi. “91-lər”in və YAP-ın yaranmasında rolu olanların bəzilərinin işsiz olduğuna diqqət çəkmişdi.

Eldar Ibrahimov isə bildirib ki, YAP-ın 600 min üzvü var və onların hər birinə vəzifə verilə bilməz: “Partiyada iştirak etmirsən, bayram tədbirlərinə, partiyanın ildönümlərinə gəlmirsən, sonra da deyirsən ki, bizi niyə dəvət etmədiniz? Əksinə, çağırılırlar, ancaq gəlmirlər. Günahı özlərində görsünlər. Hər bir "91" olan insanlara diqqət ayrılır. Azərbaycanda 600 min nazir yeri yoxdur ki, hamısı nazir olsun. Bu partiyada olan hər bir kəs hansısa vəzifədə olmalıdır?

Gərək hər şeyə ədalətli yanaşasan. Göz görür, ürək diqtə edir, dil danışır. Gərək sən yaxşı insan kimi ədalətli qərar verəsən".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol