Daxili İşlər Nazirliyi dünən Sumqayıtda baş verən partlayışla əlaqədar məlumat yayıb.
Yanvarın 16-da saat 18 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.
Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib. Yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.


Şərhlər