Menu

İŞİD telekanal açır

17.01.2015, 17:06
İŞİD telekanal açır

Terror qruplaşması radio ilə də efirə girməyi planlaşdırır

Almaniyanın məşhur Der Spiegel jurnalı sensasion iddia ilə çıxış edib. ANS PRESS-in məlumatına görə, jurnal İŞİD terrorçu qruplaşmasının telekanal və radio açacağını bildirib. "Kalifat live" adıyla yayıma çıxacaq İŞİD telekanalının hələlik internetə yerləşdirilən videoaları efirə verdiyi bildirilir. Jurnal telekanaldan başqa terror qruplaşmasının 3 ayrı radionu da efirə çıxarmağa hazırlaşdığını yazır.

Qeyd edək ki, İÇİD terror qruplaşması haqda son xəbər Mosuldan gəlib. İŞİD üzvlərinin bu şəhərdə iki homoseksualın binadan ataraq öldürdükləri xəbəri yayılıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol