İctimai fəallar və müttəhimlərin qohumları məhkəmə zalına buraxılamdı
Bu gün İsmayıllı hadisələri bağlı keçirlən məhkəmə prosesi Şəki rayon məhkəməsində öz işinə başlayıb. Məhkəmədə "ReAl" təşkilatının sədri İlqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu və həmin hadisələrə görə saxlanılan digər şəxslər mühakimə olunur.
Ölkənin ictimai-siyasi fəalları və mühakimə olunanların qohumları məhkəmə binasının önünə toplaşıblar. Lakin polis onların qarşısını binanın bir neçə metrliyində kəsib. Prosesi izləmək istəyən fəallar və müttəhimlərin qohumları zala buraxılmayıblar.
Prosesi izləmək üçün Milli Şuranın prezidentliyə namizədi olmuş cəmil Həsənli və bəzi səfirliklərin təmsilçiləri də Şəkiyə gedib. Onlara zala daxil olmaq imkanı yaradılıb.
Məhkəmədə fasilə elan olunub. Proses saat 15:00-da davam edəcək.



Şərhlər