Gömrük Komitəsi 2014-cü ildə qaz ixracı məlumatlarını açıqlayıb.
DGK-ya görə, ötən il 8 mlrd 565 mln 438,7 min kubmetr qaz ixrac edilib. Bu, 2013-cü ildəkindən 17,4% çoxdur.
Amma bəyan edilən qaz ixracı həcmi $304 mln 684 min məbləğində 1 mlrd 825 mln 686,76 min kubmetr olub. Burdan çıxış etsək, 2014-cü ildə Azərbaycan qazın 1000 kubmetrini $166,89-a satıb.
2013-cü ildə Azərbaycan 1000 kubmetr qazı $231,29-a satıb. O vaxt bəyan edilən qaz ixracı həcmi $701 mln 980,2 min məbləğində 3 mlrd 35 mln 62,28 min kubmetr olub. Yəni ARDNŞ-nin qazının ixrac qiyməti 27,8% azalıb.
2014-cü ildə Azərbaycan Rusiya, Gürcüstan və Naxçıvanın təminatı üçün İrana svop saziç üzrə qaz satıb.
Qiymətə Rusiya amili təsir edib. RF 2014-cü ildə cəmi 100 mln kub Azərbaycan qazı alıb. 2013-cü ildə bu həcm 1,5 mlrd olub və $255-a alınıb. İdxalın azalması orta ixrac qiymətinə də təsir edib.
“Şahdəniz” yatağından çıxarılan qaz gömrükdə bəyan edilmir. Konsorsium ixrac həcmini fevralda açıqlayacaq. Amma ixrac qiyməti açıqlanmayacaq, çünki kommersiya sirri hesab edilir.


Şərhlər