Britaniya mətbuatı xəbər verir ki, futbol matçlarının mərc məqsədilə saxtalaşdırılıması istintaqının gedişində azı üç futbolçu və bir futbol agenti həbs ediliblər. Onların sonradan zaminə buraxıldıqları xəbər verilib.
“The Daily Telegraph” qəzetinin jurnalist araşdırmasına Dünya Çempionatının seçmə oyunlarının beynəlxalq mərc sindikatı tərəfindən saxtalaşdırıldığına dair faktlar bəlli olub.
Danışlımış matçları danışanlar
Danışılımış oyunları təşkil etdiyi iddia olunan şəxs bildirib ki, o dünya kuboku matçlarının, habelə Avropa və Avstraliyada keçirilən futbol matçlarının nəticələrinə təsir göstərib.
Qəzet yazır ki, fırıldaq ittihamı ilə həbs edilmiş iki şəxsin İngiltərə futbolunda da matçları danışdığı iddia olunur. Bu iki şəxs cümə günü məhkəmə qarşısına çıxarılmalı idilər.
Britaniyanın Milli Cinayət Agentliyi (The National Crime Agency) və İmperiya Prokurorluq Xidmətinin mütəşəkkil cinayətkarlıq departamenti bəyan ediblər ki, bu şəxslər futbol mərclərinin nəticələrinə təsir göstərmək məqsədilə matçların gedişatına müdaxilə ediblər.
“The Daily Telegraph” oyun nəticələrinə fırıldaq yolu ilə təsir göstərilməsinə dair bundan əvvəlki və çoxsaylı iddiaları nəzərə alaraq ölkənin Futbol Assosiasiyasını məsələni dərindən təhqiq etməyə çağırıb.
Britaniyanın Mədəniyyət, Media və İdman Nazirliyi bəyan edib ki, bu sayaq əməllərin kökünün kəsilməsi üçün əlindən gələni edəcək.
Qəzet bildirir ki, araşdırmaya İngiltərə futboluna Asiya mərcqoşma sindikatlarının müdaxilə etdiyinə dair faktları olduğunu söyləyən və FİFA-nın daxilində olan bir mənbədən inandırıcı məlumatlar aldıqdan sonra başlayıb.
“The Daily Telegraph” bu barədə jurnalist təhqiqatının nəticələrini polisə təqdim edib.
İddialara görə Avropa boyunca hakimlər 20 min funt sterlinq “mükafat” müqabilində oyunların nəticələrinə təsir göstəriblər.
Bu da bildirilir ki, hüquqi mülahizələrlə görə adının çəkilməsi hələlik mümkün olmayan bir Afrika ölkəsinin futbolu tamamilə fırıldaqçıların əlindədir.
Futbolun xərçəng xəstəliyi
Qəzet bunu da yazır ki, mərc məqsədilə futbol matçlarının saxtalaşdırıldığna dair bundan əvvəlki iddialar FİFA tərəfindən araşdırılmayıb.
İttiham olunan iki şəxsin kimlikləri də açıqlanıb. Bunlar – 33 yaşlı Sinqapur vətəndaşı Chann Sankaran və Sinqapur-Britaniya ikili vətəndaşlığı olan 43 yaşlı Krishna Sanjey Ganeshan-dır.
İttihamnamədə bildirilir ki, bu şəxslər futbol mərclərindən fırıldaq yolu ilə qazanc əldə etmək məqsədilə matçların nəticələrinə təsir göstəriblər.
İttihamlar isbat edilərsə, bu şəxsləri maksimum 10 il müddətinə həbsxana cəzası gözləyə bilər.
Qəzet yazır ki, İngiltərə komandalarının oyunlarını çox diqqətlə izləyən mərc saytları tez-tez qəribə mərc şərtlərinə rast gəlirlər.
FİFA-nın vise-prezidenti Jim Boyce bildirib ki, təşkilat bu kimi fırıldaqlardan xəbərdardır və məsələni ən yüksək səviyyədə araşdırır.
“Bu fırıldaqda əli olanlar üçün futbol ömürlük olaraq qadağan ediləcək, - deyib Jim Boyce, - hazırda FİFA-nın təhqiqatçıları dünya boyunca futbolu bu xərçəngdən xilas etmək üçün çalışırlar”.(azadlıq.org)


Şərhlər