Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan tanınmış vəkil Qurban Məmmədov bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüşüb. Partiya sədrinin müavini Heydər Oğuz Azpolitika.info-ya bildirib ki, görüş nəzakət ziyarəti olub:
“Əsasən ölkə problemləri və bu problemlərin həlli yollarının müzakirə olunduğu bu görüş əslində nəzakət ziyarəti idi. Belə ki, haqsız yerə həbsə atılan Qurban bəy həbsxanadan çıxarkən ona ilk telefon açıb təbrik edənlərdən biri İlyas müəllim olmuşdu. İşinin çoxluğundan birbaşa ziyarətə gedə bilməyən İlyas bəyin bu jesti, görünür, Qurban bəyə də xeyli müsbət təsir edib. Zaman tapan kimi nəzakətə eyni nəzakətlə cavab verən hüquqşünasın bu addımı təqdirəlayidqdir. Ümidvaram ki, Qurban bəy həmin ziyarətlərini davam etdirəcək və ölkəmizdə yeni bir siyasi mədəniyyətin əsası qoyulacaq”.

V.Nəsibov

Şərhlər