Menu

VASİF TALIBOV GENERALLA QUDA OLDU

20.01.2015, 11:12
VASİF TALIBOV GENERALLA QUDA OLDU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kiçik oğlu Seymuru nişanlayıb.

Ölkə.az-a daxil olan məlumata görə, Vasif Talıbovun Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin müəllimi olan kiçik oğlu Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi general-mayor Fazil Ələkbərovun qızı ilə nişanlanıb.

Məlumata görə, nişan məclisi böyük və dəbdəbəli şəraitdə deyil, sadə ortamda, ən yaxın qohumların iştirakı ilə baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol