Menu

Kiyev məhkəməsi Yanukoviçin həbsi üçün sanksiya verdi

20.01.2015, 17:00
Kiyev məhkəməsi Yanukoviçin həbsi üçün sanksiya verdi

Kiyev məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin həbs edilməsi üçün sanksiya verib.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qərarla bağlı Ukrayna Rusiyadan keçmiş prezidentin ekstradisiyasını tələb edə bilər.

Az öncə Ukraynanın baş prokuroru Vitali Yarema bəyan eləmişdi ki, qurum eks-prezidentin və sabiq baş nazir Nikolay Azarovun ekstradisiyası üçün Rusiyaya sənədlər göndərməyə hazırlaşır.

Rəsmi Moskvanın qərar necə reaksiya verdiyi hələlik bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol