Menu

Qazaxıstanda təyyarə qəzası: 6 ölü

21.01.2015, 01:02
Qazaxıstanda təyyarə qəzası: 6 ölü

Qazaxıstanın Jambıl vilayətində “An-2” tipli təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər ölüb, 1 nəfər sağ qalıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

“Qəza nəticəsində ekipajın 3 üzvü və 3 sərnişin ölüb. Hadisə yerində aşkar edilən sağ qadın dərhal xəstəxanaya çatdırılıb”, deyə məlumatda qeyd olunub.

Təyyarənin Balxaş-Şatırgöl marşrutu üzrə hərəkət etdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol