Noyabrın 30-u axşam saatlarından başlayaraq. "AzPolitika.info" saytı yenidən şiddətli haker hücumuna məruz qalır. Bu səbəbdən səhifəni yeniləmək mümkün olmur. Saytın texniki heyəti hücumun qarşısını almaq üçün tədbirlər görür.
"AzPolitika.info"-ya əsasən DDoS tipli güclü haker hücumu bu il iyun ayının 21-dən başlayıb və kiçik fasilələrlə bu günə qədər davam edir. Prezident seçkiləri ilə bağlılığı şübhə doğurmayan bu hücum nəticəsində saytımız 2 aya yaxın bir müddətdə fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalmışdı. Güclü müdafiə sisteminə qoşulduqdan sonra avqustun sonlarında fəaliyyətimizi bərpa edə bilsək də, şiddətli hücum prezident seçkilərindən 3 gün sonrayadək davam etdi. Seçkidən sonra isə hücum nisbətən səngisə də, ara-sıra yenidən şiddətlənir.
Azərbaycandan təşkil olunduğu şübhə doğurmayan bu kiber cinayətlə bağlı müvafiq orqanlara, o cümlədən Mətbuat Şurasına şikayətlərimizin nəticəsi olmayıb.

Şərhlər