Menu

Aleksandr Turçinov: “Güclü hücum gözlənilir”

22.01.2015, 19:12
Aleksandr Turçinov: “Güclü hücum gözlənilir”

“Təmas xətti boyunca düşmən qüvvə və vasitələrinin sayının getdikcə daha çox artması, xüsusən Rusiya Silahlı Qüvvələrinin bölmələrinin ön xətdə cəmləşməsi yaxın vaxtlarda düşmənin güclü hücum əməliyyatlarına başlayacağını proqnozlaşdırmağa əsas verir”.

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri cəbhə bölgəsinə səfərdən qayıdan Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov deyib.

A. Turçinov bildirib ki, ən mürəkkəb vəziyyət Donetsk hava limanı ətrafında yaranıb: “Yeni terminal faktiki olaraq tam məhv edilib. Bizim qüvvələrimiz aeroport ətrafındakı Peski yaşayış məntəqəsində mövqelərini gücləndirərək düşmənə çox güclü zərbələr vurublar. 31-ci və 29-cu blok-postların olduğu ərazidə - bizim müdafiəmizi yarmaq cəhdlərinin göstərildiyi cənub istiqamətində də vəziyyət stabilləşib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol