Menu

Permyakov barəsində psixiatrik ekspertiza təyin edilib

23.01.2015, 19:51
Permyakov barəsində psixiatrik ekspertiza təyin edilib

Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdən şübhəli bilinən rusiyalı hərbçi Valeri Permyakov barəsində psixiatrik ekspertiza təyin edilib.

ANS PRESS-in məlumatına görə, Permyakovun psixi durumunu araşdırmaq üçün bir sıra məhkəmə-kriminalistika ekspertizaları da keçiriləcək.

Bütün ekspertizalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində aparılacaq. Permyakovla bağlı ekspertizaların nəticəsi müsbət olsa, o, həbs edilməyəcək.

Xatırladaq ki, V.Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirli bilinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol