Menu

Səudiyyədən neft qiymətlərinə daha bir zərbə

26.01.2015, 11:04
Səudiyyədən neft qiymətlərinə daha bir zərbə

Səudiyyə Ərəbistanının yeni kralının neft hasilatını artırmayacağı barədə bəyanatından sonra dünya bazarında neftin qiyməti yenidən azalmağa başlanıb. Fins.az-ın xəbərinə görə, yenicə taxta çıxan Səudiyyə kralı Salman ibn Əbdül-Əziz əl-Səud ölkədə neft hasilatının əvvəlki həddə saxlanacağını, yəni artırılmayacağını bildirib. Bu bəyanat birjalarda neftin qiymətini bir qədər də endirib.

AzPolitika.info-nun məlumatına görə, bu gün səhər London birjasında «Brent» neftinin qiyməti 1.29% enərək 48,16 dollara, Şimali Amerika neftinin barreli isə 1.47% ucuzlaşaraq 44,92 dollara enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol