Menu

Arif Hacılı Qubad İbadoğlunu Müsavat Divanına çağırtdırdı

27.01.2015, 12:41
Arif Hacılı Qubad İbadoğlunu Müsavat Divanına çağırtdırdı

İqtisadçı-alim Qubad İbadoğlu Müsavat Partiyasının Divanının növbəti toplantısına çağırılıb. Bu barədə Müsavat.com -a Qubad İbadoğlu xəbər verib.

Onun ünvanına göndərilmiş elektron dəvətnamədə bildirilir: "Sizi 02.02.2015 tarixində saat 14-00-da keçriləcək Müsavat Partiyasınin Divanının iclasında iştirak etməyiniz üçün Divan adından rəsmi olaraq dəvət edirik. İştirakınız vacibdir".

Dəvətnamə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı tərəfindən imzalanıb.

O da qeyd olunur ki, Divanın toplantısında Q.İbadoğlunun davranışlarının partiya nizamnaməsinə uyğun olub- olmaması müzakirə ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol