Menu

Siqaretin qiymətini monopolistlər qaldırır

03.12.2013, 12:01
Siqaretin qiymətini monopolistlər qaldırır

«European Tobacco Baku»nun rəsmisi isə bunu xammalın qiymətinin qalxmasıyla izah edir

Dekabrın 1-dən etibarən bəzi ticarət mərkəzlərində siqaret  10 və yaxud 20 qəpik bahasına satılır. Düzdür, bunu hər yerdə müşahidə etmək olmaz. Qiymət artımı olmayan dükanların satıcıları bu məsələdən xəbərsiz olduğunu deyirlər. Onların sözlərinə görə, satılan tütün məmulatları ötən aydan qalmadır.

“Qiymət artımı baş veribsə, yeni məhsulları alanda bizdə şamil edəcəyik. Hələlik bu barədə məlumatımız yoxdur. Əgər siqaret götürdüyümüz topdansatış dükanlarda qiymət artırılsa, biz də bunu edəcəyik”, - deyə satcıılar bildirirlər.

Azərbaycanda tütün məmulatlarının qiymətinin artması dünya bazarlarında xammalın qiymətinin bahalaşması ilə əlaqədardır. Bunu “Trend”ə “European Tobacco Baku”nun meneceri Anar Hətəmov deyib.

A.Hətəmovun sözlərinə görə, xammalın dəyəri artıb və bu da siqaretin pərakəndə satış qiymətinə təsir edib: “Bununla belə, Azərbaycanda bir siqaret qutusunun orta hesabla qiyməti hələ də dünya göstəricisindən 10 faiz aşağıdır”.

Dünyada tütünün qiymətinin siqaretin pərakəndə satış qiymətinə təsir etməsi onunla izah edilir ki, Azərbaycan bazarında məhsulların yarısından çoxu xaricdən idxal edilir. Tütün məmulatlarına olan daxili tələbatın 50 faizə qədəri yerli ietsahsal hesabına ödənilir. Azərbaycan bazarının tütün məmulatlarına olan ümumi tələbatı ildə 10 milyard ədəd siqaret səviyyəsində qiymətləndirilir.

Menecer deyib ki, siqaretin pərakandə satış qiymətinin bahalaşması gənclərin və yeniyetmələrin onlardan istifadəsini məhdudlaşdırır.

“Azadlıq”a danışan ekspertlər bu məlumatların həqiqətə uyğun olmadıqlarını söyləyirlər. Onların fikrincə, dünya bazarlarında xammalın qiymətinin bahalaşması ilə bağlı hələlik heç yerdə məlumat yoxdur: “Əgər bu olsa belə tütün məmulatlarının qiymətinin 10-20 qəpik qaldırılmasına ehtiyac yoxdur. Burada cüzi artım var ki, bu, onsuz da şirkətlərə ziyan vurmur. Qiymətlərin qaldırılması ölkədəki monopolistlərin ideyasıdır. Çünki tütün məmulatlarının müştərisi var. Qiyməti 20 qəpik yox, 40 qəpik də qaldırılsa, istifadəçi onu alacaq. Ona görə də bəziləri bunu fürsət kimi dəyərləndirib ildə bir-iki dəfə bundan yararlanırlar”.

Qeyd edək ki, son dörd ildə Azərbaycanda tütün məmulatlarının qiyməti bir neçə dəfə qaldırılıb. Məsələn, “Davidoff” siqareti 2009-cu ildə 1 manat idisə, ildə bir-iki dəfə bahalaşma hazırda bu siqaretin qiymətini 1 manat 60 qəpiyə çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol