Milli Şuranın İcra Aparatının rəhbəri və EL hərəkatının sədri Eldar Namazov Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurasının Dünya Demokratiya Forumunda iştirakını yekunlaşdırdıqdan sonra Bakıya yox, Kiyevə gedib. Dekabrın 1-də Bakıya qayıtmağı planlaşdıran E. Namazov həmin gün Kiyevə getməli olub. Bu barədə Eldar Namazov “Yeni Müsavat”a məlumat verib.
E. Namazov Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının aksiyasına qatılıb, Ukrayna Muxalifətinin Birləşmiş Qərargahında müxalifət fəalları ilə görüşüb. Milli Şura təmsilçisi Kiyevdə çəkilmiş fotolarını Facebook-da paylaşıb.




Şərhlər