Menu

SOCAR-ın işçisi dənizdə öldü

29.01.2015, 13:36
SOCAR-ın işçisi dənizdə öldü

SOCAR-ın işçi dənizdə boğularaq ölüb. Virtualaz.org saytı xəbər verir ki, dünən saat 18.10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman bədbəxt hadisə baş verib.

SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozmuş və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb. Neftçi dənizdən çıxarılsa da dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol