Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası dünya çempionatında iştirak etməkdən imtina edib. Aprelin 18-dən 29-dək Ermənistanın Tsaxkadzor şəhərində şahmat üzrə komanda çempionatı keçiriləcək.
Azərbaycanın kişilərdən ibarət yığması bu turnirdə iştirakdan imtina edib. Dünya çempionatında 10 güclü komanda iştirak edir. Azərbaycan şahmatçıları 2013-cü ilin Avropa çempionatında qazandıqları qələbə sayəsində iştirak hüququ qazanıblar.
Daha əvvəl Azərbaycan yığması dörd dəfə dünya komanda çempionatında iştirak edib.


Şərhlər