Menu

Vergilər nazirliyinin 4 idarə rəisi vəzifəsindən azad edilib

30.01.2015, 21:18
Vergilər nazirliyinin 4 idarə rəisi vəzifəsindən azad edilib

Yerli vergi orqanlarının rəhbərliyində dəyişikliklər aparılıb. Vergilər nazirliyindən APA-ya verilən məlumata görə, nazirlik tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib.

Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol