Menu

Marşurutlar gediş haqqını 40 qəpiyə qaldırdı- Video

04.12.2013, 00:44
Marşurutlar gediş haqqını 40 qəpiyə qaldırdı- Video

Gecəboyu paytaxtın müxtəlif istiqamətlərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında eyni mənzərə müşahidə olunurdu. Heç kim benzinköhnə qiymətə satmaq istəmirdi.

Anspress xəbər verir ki, amma çox keçmədi ki, məntəqələr yanacağısürücülərə yeni tariflərlə təklif etməyə başladılar. Gecə yanacaqdoldurma məntəqələrinin lövhələrində artan, benzinin qiyməti yazılmasa da gün ərzində problem həllini tapdı. Bütün məntəqələrdə benzinin satış qiyməti yeni tariflərə uyğunlaşdırıldı.

Gözlənilmədən qalxan benzinin qiyməti bu gün şəhəriçi avtobuslarda qiymət artması ilə müşahidə olundu. 20 qəpik olan marşurutların bəziləri gediş haqqını 40 qəpiyə qaldırmışdı.

Nəqliyyat Nazirliyi isə avtobuslarda qiymətin süni şəkildə artırıldığını bildirərək sərnişinləri gediş haqqını əvvəlki qayda ilə ödəməyə çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol