Menu

Çirkli hava ildə 8 milyon adamı öldürür

01.02.2015, 21:01
Çirkli hava ildə 8 milyon adamı öldürür

Piylənmə və piylənmə nəticəsində yaranan xəstəliklərin say artımı bütün dünyanın probleminə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, piylənmədən əziyyət çəkənlərin sayı 1990-cı ildə 31 milyon olubsa, 2014-cü ildə 42 milyona çatıb.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda bildirilir ki, piylənmə də daxil olmaqla bir çox xəstəliklər Cenevrədə ÜST İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılıb. İclasda səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib: “Tədbirdə anaların, südəmər və azyaşlı uşaqların qidalanması, zorakılıq və onun sağlamlıq üçün nəticələri də daxil edilib.

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin hesablamalarına görə, dünyada xəstəlik və ölüm hallarının əsas qarşısı alına bilən səbəblərindən biri havanın çirklənməsidir. İldə 4,3 milyon ölüm faktı məişət şəraiti - otaqlarda havanın çirklənməsi, daha 3,7 milyonu isə açıq havanın çirklənməsi ilə bağlıdır”.

ÜST-in hesabatında göstərilir ki, körpələr, uşaqlar və yeniyetmələr arasında piylənmə problemi bütün ölkələrdə təhlükəli miqyas alır. Piylənmədən əziyyət çəkən uşaqların sayı dünya üzrə artaraq 1990-cı ildə 31 milyondan 2014-cü ildə 42 milyona çatıb. Ekspertlər bildirirlər ki, uşaqlar arasında piylənmə təhlükəli xəstəliklərin, o cümlədən diabet və ürək xəstəliklərinin vaxtından əvvəl inkişafına səbəb olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol