Menu

“Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq” - Cəmil Həsənli

04.12.2013, 12:47
“Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq” - Cəmil Həsənli

“Milli Şuranın sessiyasından sonra Rüstəm İbrahimbəyovla əlaqə saxlamışam. Rüstəm İbrahimbəyov üçün sədr, fəxri sədr, yaxud Milli Şuranın üzvü olmaq məqbuldur”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın dünənki sessiyasında qurumun sədri seçilmiş Cəmil Həsənli söyləyib.

Cəmil Həsənli deyib ki, fəxri sədrlik Milli Şuranın Rüstəm İbrahimbəyova olan münasibətinin ifadəsidir: “Rüstəm İbrahimbəyov da fəxri sədrlik məsələsini bu cür qarşıladı”.

Cəmil Həsənli Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə birmənalı etiraz edən Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmayacağı ehtimalına da münasibət bildirib: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq. Bu istiqamətdə elə bir narahatlıq yoxdur”.

C. Həsənli İsa Qəmbərlə görüşməyi planlaşdırdığını da deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol