Menu

Rəsmi Bakıdan ABŞ jurnalistinə Qarabağa getmək İCAZƏSİ

02.02.2015, 17:14
Rəsmi Bakıdan ABŞ jurnalistinə Qarabağa getmək İCAZƏSİ

“Azərbaycan Respublikasının qanunlarına riayət edərək, "Nyu-York Time"s qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə səfər edilib”.

Bu sözləri lent.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Nyu-York Times” qəzetinin əməkdaşı David M. Herszenhornun işğal olunmuş Azərbaycan ərazilərində hazırladığı reportaja münasibət bildirərəkən deyib.

H.Hacıyevin sözlərinə, Nyu-York Times tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib: "Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün Nyu-York Times əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası xarici işlər nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol