Menu

Rusiya son qərarını verdi

02.02.2015, 20:05
Rusiya son qərarını verdi

"AŞPA-nın xüsusi missiyaları da Rusiyaya gələ bilməyəcək"

Rusiya Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bütün rəsmi əlaqələri dayandırır. ANS-in məlumatına görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov deyib.

Onun sözlərinə görə, əlaqələr yalnız milli parlamentlər səviyyəsində ayrı-ayrı deputatlarla davam etdiriləcək. A.Puşkov qeyd edib ki, AŞPA ilə bütün rəsmi əlaqələr 2015-ci ilin sonunadək dayandırılır: "Bu o deməkdir ki, AŞPA-nın xüsusi missiyaları da Rusiyaya gələ bilməyəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol