Onun uşağının atasını tanıyanlar danışdı
Vəkil Adəm Məmmədov: “O adam vaxtilə Lamiyənin üzünə durmuşdu..."
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və türmədə ana olan Lamiyə Quliyeva olayı get-gedə böyüyür. Parlamentin 2 fevral tarixli sessiyasında da sözügedən mövzu geniş müzakirələrə səbəb olub.
Bu yaxınlarda azadlığa çıxmış NİDA üzvü Üzeyir Məmmədli “Əl çəkin Lamiyədən” başlıqlı köşə yazısında sözügedən hadisə barədə danışıb. Yazıdakı bəzi detallara diqqət edək: “Burda gəlin bir şeyə aydınlıq gətirək ki, sonuncu hadisədə Lamiyəyə qarşı heç bir zorakılıq olmayıb. Məhbəsdə olarkən bunu bilirdim. Lamiyə özü də son açıqlamasında ona qarşı zorakılıq olmadığını və hər şeyin öz razılığı ilə olduğunu bildirir.
Bu, təbii ki, Lamiyəni bu günə salanların günahlarını azaltmır. Amma sonuncu uşaq hadisəsinə, mən hamının baxdığı kimi, pis bir şey kimi baxmıram. Lamiyəni həbsdə olarkən, cox qısa da olsa, bir neçə dəfə görmüşəm. Onun öz davranışları və ona qarşı olan davranışları müşahidə eləmişəm. Təbii ki, 15 yaşından məhbəsdə keçən həyat onda öz dərin izlərini buraxıb. Bu izləri silmək çətin olacaq. Amma Lamiyənin uşağı onun üçün bəlkə də son şansdır. Onu təkrar həyata bağlayacaq və onun bu dəhşətli taleyində bir umid işığı olacaq son şans. Lamiyə öz açıqlamasında da təxminən bunu deyir: ”Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depressiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi". Lamiyə indi bəlkə də öz uşağı ilə xoşbəxt günlərini keçirir. Lamiyə üzərindən xal qazanmaq istəyənlərə sözüm budur ki, imkan verin Lamiyə öz həyatını yaşasın. Siz onsuz da bu səs-küyünüzlə ona heç bir kömək edə bilməyəcəksiniz, bəlkə də daha çox ziyan vuracaqsınız. Əl çəkin Lamiyədən! O öz payına düşənləri artıqlaması ilə yaşayıb. Yeni obyektlər tapın özünüzə!"

Müsahibimiz dedi ki, L.Quliyevanın uşağının atasının kim olması türmədə bəlli idi. “Mən bilirəm ki, söhbət kimdən gedir, həmin kişi məhbusun da adını dəqiq bilirəm” deyən Ü.Məmmədli bunu açıqlamağın doğru olmadığını vurğuladı: “Türmədə dəqiq bilinirdi ki, uşağın atası kimdir. Hətta onu sonuncu apelyasiyasında görmüşəm. Onların görüş detalları açıqlanmır. Fərziyyə etmək olar. Amma əsas odur ki, bu görüş təcridxana ərazisində olmayıb. Lamiyənin açıqlamaları əsasdır. Orda detalları açıqlamır”.
Ü.Məmmədlinin sözlərinə görə, sözügedən məhbus qatı cinayətkar deyil və yaxın illərdə azadlığa çıxma ehtimalı var: “Nə qədər iş alıb, onu bilmirəm. Müəyyən çevrələrdə bu hekayə yayılmışdı. İki ümidsiz insan bir-biriilə görüşüb, çarəni bir-birində tapırlar. Sonradan davam edəcəkmi, bilinməz. Orda belə hekayələr var”.

Lamiyənin uşağının atası qətl işində Lamiyə əleyhinə, Aslan Aslanovun xeyrinə ifadə verib. O adam cinayət işinin motivinin dəyişdirilməsi, cinayət hadisəsinin yaranma səbəbini pərdələmək üçün ifadə verib”.
Müsahibimiz dedi ki, azadlıqda olan bu şəxsin içəri girib, L.Quliyeva ilə necə münasibətdə olmasına Penştensiar Xidmət rəhbərliyi cavabdehlik daşıyır: “Mən yenə də deyirəm, onların münasibətində həm qisas, həm ülvi hisslər var. Çünki o adam bir dəfə Aslan Aslanovun sifarişini yerinə yetirib. Amma onun hansısa məhkumla münasibətinin olması qeyri-mümkündür, real deyil. Bu, yalan ssenaridir. Vüqarın dediyi daha realdır. Məhkum olunan şəxs çöldə olanlardan daha məlumatlıdır”.

Vəkil həmçinin dedi ki, V.Əliyevin əfv olunması mümkündür: “Prezidentə əfv üçün müraciət hazırlayıram. Bu, prezidentin səlahiyyətinə aid olan məsələdir. Ümid edirəm ki, ölkə başçısı ədaləti bərpa edəcək. Eyni zamanda yeni açılmış hal kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edəcəyəm”.
Müsahibimiz xatırlatdı ki, V.Əliyevə CM-in 177.2.1 maddəsi ilə ittiham irəli sürülüb. Onun sözlərinə görə, mərhumun üstündə olan telefonu ayaqyoluna tullayan şəxs L.Quliyeva olub. A.Məmmədov Lamiyənin cinayəti etiraf etdiyini də xatırladıb, bu maddənin V.Əliyevin üzərindən götürülməsinin vacibliyini vurğuladı: “İstintaqçılar belə nəticəyə gəlmişlər ki, guya bu cinayət hadisəsi Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun öz xidməti vəzifəsini təəsirləndirilən şəxsin və ya ailə üzvlərinin (torpaq mübahisəsi) maraqlarına zidd şəkildə icra etməsi səbəbi ilə baş vermişdir. Bu səbəbdən də, Əliyev Vüqar İbrahim oğluna AR CM-in 120.2.3-cü maddəsi ilə də ittiaham verilmişdir.
Belə ki, AR Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməni nəzərdə tutur. Aslan Aslanovun oğluna rəhmət və ailəsinə səbr diləyirik.

Əgər bu işdə iştirak etsə belə, əvvəllər məhkum olunmamış və bir nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinə görə ömürlükdən azadlıqdan məhrum edilməsi məntiqə və məqsədə uyğun deyildir".
“Lamiyə olayında cinayət məsuliyyəti olmasa da, inzibati məəsuliyyət mövcuddur. Burada söhbət məhkum Lamiyə Quliyeva ilə uşağın atasının görüşünə şərait yaradılmasından gedir. Bir daha təkar edirəm, burada hansısa cinayət məəsuliyyəti yoxdur”. Bunu isə AzVision.az-a İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.
O bildirib ki, yanvarın 24-də məhkum qadınların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində keçirdikləri görüş zamanı dünyaya uşaq gətirən Lamiyə Qulyeva ilə də qapalı söhbətdə olublar: “Bizi maraqlandıran suallardan biri Lamiyənin təcavüzə məruz qalması ilə bağlı mediada səslənən fikirlərə aydınlıq gətirilməsi idi. Məlum olduğu kimi Lamiyə hər hansı zorakılığa məruz qalmadığını dedi. Amma istənilən halda araşdırma aparılır və biz ümidvarıq ki, bu məsələ araşdırılıb sona çatdırılacaq”.
V. Məhərrəmov qeyd edib ki, Lamiyə Quliyeva uşağın məhkum atasının adını da onlara söyləyib: “Biz həmin məhkumla da görüşməyi planlaşdırırıq. Artıq yaxın vaxtlarda uşağın atası kimi Lamiyənin bizə dediyi şəxslə də görüşümüz keçiriləcək. Bəlkə həmin məhkum uşağın atası olmayacağını deyəcək. Ona görə də DNT analizi keçirilməlidir”.
MQR rəhbərinin sözlərinə görə, bu məsələdə narahatlıq doğuran məqam məhkumlar arasında görüşün baş tutmasıdır: “Doğrudur, bu gün məhkumlar arasında ailə quranlar var. Ancaq nikahı olmayan şəxslərin uzunmüddətli bir otaqda saxlanılması qanunvericilikdə qadağan olunub. Lakin buna baxmayaraq, biz iddia edə bilmərik ki, bu uşağın bünövrəsi həmin otaqların birində qoyulub. Bununla bağlı Penitensiar Xidmətdə araşdırma aparılır. Yəqin ki, araşdırmanın nəticəsi olaraq, buna şərait yaratmış məsul şəxs intizam qaydasında cəzasını alacaq. Amma yenə də deyirəm ki, nəzarətçi buna şərait yaradıbsa belə baş verənlərdə cinayət tərkibi yoxdur”.
Xatırladaq ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Şəmkirin eks-icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər təqsirləndirilərək həbs olunub. Bunlar yuxarıda adları qeyd olunan Vüqar Əliyev və son günlər mətbuatın gündəmindən düşməyən Lamiyə Quliyevadır.
Vaqif
Azpolitika.info

Şərhlər