Menu

“İŞİD əvvəlki gücünü itirib və zəifləməyə doğru gedir...”

04.02.2015, 09:14
“İŞİD əvvəlki gücünü itirib və zəifləməyə doğru gedir...”

Neft daha İŞİD-in əsas gəlir qaynağı deyil. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin twitter-dəki səhifəsində yerləşdirilmiş xəbərdə deyilir.

“Biz bilirik ki, neft daha İŞİD-in əsas gəlir mənbəyi deyil” – deyib Pentaqonun mətbuat katibi Con Kebri. Onun sözlərinə görə, qruplaşma artıq öz mövqelərini itirir, onun hərəkətləri daha çox müdafiə xarakteri daşıyır.

“Bu, artıq 7 ay əvvəlki qruplaşma deyil. Onlar hələ ki, təhlükəlidirlər, qəddardılar, ancaq başqa olublar” – xəbərdə qeyd olunur.

Kibri ABŞ-ın öz müttəfiqləri ilə birgə İŞİD-lə mübarizəni davam etdirmək əzmində olduğunu da bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol