04 fevral 2015- ci il tarixdə KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, Azadlıq, AXP partiyalarının toplantısı olub. Siyasi Partiyalar 2015- ci il Milli Məclisə seçkilərlə bağlı müzakirələri yekunlaşdıraraq “Azadlıq – 2015” seçki blokunun təsis edilməsi barədə sənəd imzalayıb. Musavat.com xəbər verir ki, partiya sədrlərindən ibarət tərkibdə Blokun Siyasi Şurasının yaradılması və Seçki Qərargahının formalaşdırılması barədə qərar qəbul edilib.
Daha sonra siyasi partiyalar bu il Azərbaycanda keçiriləcək Birinci Avropa İdman oyunları ilə əlaqədar adı beynəlxalq və milli hüquq müdafiə təşkilatlarının siyhılarında siyasi məhbus kimi keçən bütün şəxslərin əfv, amnistiya, qəti imkan tədbirinin dəyişdirilməsi və s. mümkün hüquqi formalarda azadlığa buraxlması barədə təkliflərin dəstəklənməsi və bu barədə ölkə prezidenti İ. Əliyevə, Milli Məclisin cədri O. Əsədova və həmin oyunların təşkilat komitəsinin sədri, parlamentin deputatı M, Əliyevaya müraciət etmək barədə məsələ müzakirə edib, müvafiq qərara gəliblər.
Toplantıda habelə Qarabağ probleminin həlli üzrə beynəlxalq vasitəçilər sırasına həmsədrlər qismində Türkiyə və Almaniyanın daxil olması təklifinin müdafiə edilməsi haqqında bəyanat qəbul edilib.


Şərhlər