Menu

ABŞ prezidentinə telefon qadağası

05.12.2013, 12:41
ABŞ prezidentinə telefon qadağası

ABŞ prezidenti Barak Obama bildirib ki, təhlükəsizlik xidməti ona ayfondan (IPhone) istifadəni qadağan edib. Qadağa ayfonun sındırılma və başqalarının məlumatlara asanlıqla daxil olmaq ehtimalı ilə bağlıdır.

PressForum.az xəbər verir ki, Obama dekabrın 4-də Ağ evdəki çıxışında qadağanın təhlükəsizlik baxımından tətbiq olunduğunu bildirib.

Obama hazırda təhlükəsizlik baxımından daha etibarlı hesab olunan Blackberry markalı telefondan istifadə edir. Telefonun həddən artıq müdafiə olunmasından gileylənən ABŞ prezidenti bu qadağanın ona adi adamlarla təmas qurmağa və dünyada baş verənlərlə bağlı məlumat almağa mane olduğunu deyib.

Ağ evdən bildirilib ki, Obamanın şəxsi elektron poçtu yalnız bir qrup yüksək rütbəli məmurlardan və dostlarından gələn məktubları qəbul edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol