Menu

Ukraynada deputat qətlə yetirildi

05.12.2013, 12:46
Ukraynada deputat qətlə yetirildi

Ukraynada deputat qətlə yetirilib. "İnterfax" agentliyinin məlumatına görə, Ukraynanın Dnepropetrovsk vilayətinin Orcanikidze şəhər sovetinin deputatı 58 yaşlı Sergey Polyakov dünən axşam saatlarında öz avtomobilinə minən zaman tapança ilə başından açılan atəşləqətlə yetirilib. Hadisə deputatın kafedən çıxdığı zaman baş verib.

Hadisəni törədən şəxs isə hadisə yerindən qaçıb. Qətlə yetirilən deputat bir müddət “Front peremen” müxalifət partiyasına rəhbərlik edib, partiya buraxıldıqdan sonra isə müstəqil namizəd kimi fəaliyyət göstərib.

Deputat, eyni zamanda metal zavodunda direktor vəzifəsində çalışırmış.

Hüquq mühafizə orqanları qətlin ilkin versiyası kimi iqtisadi-maliyyə variantını əsas götürür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol