Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja İrəvanda Ermənistan müdafiə naziri Seyran Ohanyan ilə görüşüb. ANS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, görüşdə 2014-cü ilin dekabrında keçirilən kollektiv təhlükəsizlik Şurasının sessiyasında KTMT-nin hərbi gücünün artırılması istiqamətində qəbul edilmiş qərarların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Bundan başqa tərəflər dünyada, xüsusilə regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Ohanyan və Bordyuja həmçinin 2015-ci ildə KTMT çərçivəsində Ermənistanda keçirilməsi planlaşdırılan irimiqyaslı hərbi təlimləri müzakirə ediblər.


Şərhlər