Menu

UEFA "Qarabağ" klubunun şikayәti ilә bağlı qәrarını açıqladı - FOTO

05.02.2015, 22:24
UEFA "Qarabağ" klubunun şikayәti ilә bağlı qәrarını açıqladı - FOTO

Ali futbol qurumu "Qarabağ" klubunun şikayәtini rәdd edib. Musavat.com xәbәr verir ki, bu barәdә "Qarabağ"ın türkiyәli vәkili Gürur Gaye Günal Facebook-da yazıb. UEFA Azәrbaycan klubuna apellyasiya şikayәti vermәyi tәklif edib.

UEFA-nın iclasında matçın hakimliyi məsələsinə toxunulacaq. Çexiyalı hakim Miroslav Zelinkanın cəzalandırılacağı gözlənilir. Oyunun təkrar keçirilmə ehtimalı isə sıfıra bərabərdir.

Xatırladaq ki, UEFA Avropa Liqasının qrup mәrhәlәsindәki son oyunda “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə “İnter” və “Dnepr” klubları adlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol