Göyçay Rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfü oğlu "AzPolitika.info" saytı vaistəsilə prezidemt İlham Əliyevə şikayət məktunbu ünvanlayıb. Məktubda bildirilir ki, 14 nəfərlik Feyzullayev ailəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyev tərəfindən küllü miqdarda ziyan vurulub. Bu məsələ də onlar eyni zamanda Göyçay Rayon məhkəmə İcra Qrupunu da itiham edirlər. Məktubda deyilir: "Göyçay Rayon Aqrar İslahat Komissiyasaının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 ha torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdiri Nofəl Fərzəliyev başqa şəxslərə qanunsuz olaraq satılıb. Uzun məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edilmiş və özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisadi Məhkəməsi 25.11.2014-cü il tarixdə Qərar çıxarmışdır.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı icraya yönəldilməsinə baxmayaraq Göyçay rayon İcra Qrupu məhkəmə qərarını qanunsuz olaraq icra etmir. Çünki Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyev məhkəmə qərarının icrasına icazə vermir. Bu özbaşınalıqdır. Bu adam o qədər harınlayıb ki, dövlət adından əhaliyə verilmiş pay torpaq sahələrini qanunsuz olaraq başqa-baçqa şəxslərə satıb.
Nofəl Fərzəliyevin belə qanunsuz əməllərindən çoxlu sayda rayon sakinləri əziyyət çəkirlər. Belə mübahisəli işlər məhkəmələrdə yüzlərlədi. Hətda torpağımızı zəbt etmiş şəxs bizə çəkinmədən dedi ki, "mən torpağı qaytarmayacam çünki Nofəl Fərzəliyevə 100.000 manat pul verib bu torpağı almışam".
Bütün bunlara baxmayaraq onun barəsində qanunu tədbir görülmür. Uzun illərdi torpağımızın zəbt olunduğundan, əkib-becərə bilmirik. Buna görə də bizə küllü miqdarda ziyan dəymişdir, yoxsulluq həddində yaşayırıq. Sevindik ki, məhkəmə torpağımızın özümüzə qaytarılmasına dair qərar çıxarıb. Ancaq buna baxmayaraq məhkəmə qərarını Göyçay Rayon İcra Qurupu icra etmir. Daha doğrusu icra edə bilmir. Biz bu qanunsuzluq barədə Ədliyyə Naziri cənab Fikrət Məmmədova şikayət göndərmişik.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident Sizin dünən imzaladığınız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsinə dair fərmanınıza ailəmiz çox sevindi. Yüzlərlə kasıbın haqqını yeyən Nofəl Fərzəliyevin bütün fəaliyyəti obyektiv yoxlanılmalıdır. Məhkəmə qərarını qanunsuz olaraq icra etməyən Göyçay Rayon İcra Qrupu və Göyçay rayon sakinlərinin torpaqlarını satıb mənimsəmiş Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyevin barəsində ciddi tədbirlər görməyinizi Sizdən çox-çox xahiş edirəm".
P.S.Məktubda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.





Şərhlər