Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan prokurorluğun verdiyi protestə məhkəmədə baxılma vaxtı bəlli olub. Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyevdən aldığımız məlumata görə, protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.


Şərhlər