Menu

Liviya rəsmən islam dövləti oldu

05.12.2013, 13:51
Liviya rəsmən islam dövləti oldu

Liviyada qanunvericiliyin əsasını şəriətin təşkil edəcəyi haqqında qərar verilib. Bu qanun Liviya Milli Şurasında qəbul edilib.

Artıq bütün dövlət idarələri və institutlara yeni qanuna keçidlə bağlı təlimatlar göndərilib.

Yeni Liviyanın mədəni bir dövlət olacağını bildirən yeni baş nazir Əbdürrəhim Kəib, İslamın dövlət konstitusiyasının təməli olacağını bildirib. Bugun.az xarici mətbuata istinadən məlumat verir ki,

Kəib, İslam dininin radikal bir din olmadığını, Liviya hökuməti də mülayim bir rəhbərlik olcağını, Liviya xalqının da heç vaxt radikalizm tərəfdarı olmayacağını xatırladıb .

Liviya keçid şurasının başçısı Əbdülcəlilin Liviyanın bir İslam dövləti olacağı ilə əlaqədar açıqlamasına toxunan Kəib, İslam dini həqiqi mənada tətbiq olunduğu təqdirdə mülayim mahiyyəti olduğunu vurğuladı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol