Menu

Rusiyada atışma: iki azərbaycanlı həlak oldu, biri yaralandı

05.12.2013, 14:03
Rusiyada atışma: iki azərbaycanlı həlak oldu, biri yaralandı

Rusiyanın Murmansk şəhərində başlanmış dava atışmaya çevrilib. Atışmada iki nəfər həlak olub, bir nəfər ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Milli.Az B-port-a istinadən bildirir ki, həlak olanlar və yaralanan şəxs Azərbaycan vətəndaşlarıdır. Onların əslən Lənkəran rayonundan olduqları da vurğulanır.

Faktla bağlı olaraq RF CM-nin 105-ci maddəsinin 2-ci hissəsi ("İki və daha artıq şəxsin qətlə yetirilməsi") ilə cinayət işi qaldırılıb. Bunu Murmansk vilayət Prokurorluğunun yetkilisi Tatyana Kovalyova bildirib.

Atışmada yaralanmış H.Kərimov "Karina" ticarət mərkəzinin sahibidir. 3 güllə yarası alaraq reanimasiya bölməsinə yerləşdirilmiş H.Kərimov əməliyyata hazırlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol