Krım tatarlarının liderlərindən İskəndər Kantemirov barəsində Simferopol şəhər məhkəməsi bu günlərdə iki aylıq həbs qət-imikan tədbiri seçib. Bu xəbər Türkiyə saytlarında yer alıb.
Saytların yazdığına görə, İ.Kantemirov 2014-cü il fevralın 26-da Krım tatarlarının aksiyasının təşkilatçısı olmaqda ittiham olunur. Krımın ruspərəst hakimiyyəti mitinqi iğtişaş kimi qələmə verərək bundan Krım-tatar liderlərinin həbsi üçün istifadə edir. İ.Kantemirova vətəndaşlara bədən xəsarəti yetirmək ittihamı irəli sürülüb.
Saytlarda bu da qeyd olunur ki, bu həbsə qədər, yəni 2015-cü il yanvarın 29-da Krmm Məclisinin sədr müavini Əhməd Çiygöz həbsə alınıb.
Ukraynanın tərkib hissəsi olan Krım yarımadası 2014-cü ildə Rusiya tərəfindən işğal edilib. Yarımada Rusiyanın tərkib hissəsi elan edilib, Ukyananın formalaşdırdığı qanuni hakimiyyət orqanları ləğv edilib, işğalçı dövlət tərəfindən oyuncaq idarəetmə qurumları formalaşdırılıb. /"Turan"


Şərhlər