Menu

"Səbirsizliklə gözləyirəm..." - Uorlik

10.02.2015, 11:28

uorlikATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik tezliklə Azərbaycan və Ermənistana təyin olunmuş yeni ABŞ səfirləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işləmək arzusunda olduğunu deyib. APA-nın məlumatına görə, Ceyms Uorlik “Twitter” səhifəsində yeni səfirlərin gəlişini alqışlayıb: “Biz Ermənistana təyin olunmuş Rik Mills və Azərbaycana təyin olunmuş Bob Sekutanı salamlayırıq. Dağlıq Qarabağmünaqişəsinin həlli istiqamətində onlarla işləməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Bob Sekutanın Azərbaycana fevralın 12-də gələcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol