Menu

Amerikalı general: "Ukrayna sərhəddinə 10 Rusiya batalyonu cəmləşib"

11.02.2015, 18:39
Amerikalı general: "Ukrayna sərhəddinə 10 Rusiya batalyonu cəmləşib"

Avropadakı ABŞ ordusunun komandanı , general-leytenant Ben Hodges Rusiya silahlı qüvvələrinin birbaşa Ukraynanın Debaltseve şəhəri ətrafındakı döyüşlərə cəlb edildiyini deyir.

Onun sözlərinə görə, Rusiya bundan başqa Ukrayna sərhədi yaxınlığına 10 batalyon cəmləşdirib.Qeyd edək ki, bir batalyonda 300-800 arası əsgər ola bilər.

Ben Hodges həmçinin bildirib ki, ABŞ ordusu apreldən başlayaraq Donetsk və Luhanskda separatçılarla döyüşən Ukrayna əsgərlərinə hərbi təlim keçəcək. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol