Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının təlimləri başlayıb
Xəzər dənizində Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının təlimləri başlayıb. ANS PRESS-in məlumatına görə, təlimlərdə təxminən 600 hərbi qulluqçu və 40-dan çox xüsusi texniklər cəlb edilib.
Təlimlər çərçivəsində Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının döyüş hazırlığı yoxlanılacaq.
Xəzər dənizinin Həştərxan ərazisində, gecə həyəcanla başlayan təlimlərdə dəniz piyada qoşununun bölmələri döyüş əməliyyatları həyata keçiriblər.
Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib ki, poliqonda desant əleyhinə müdafiəyə hazırlıq üzrə təlimlər keçirilir.
Qeyd edək ki, dəniz piyada qoşunu bölmələrinin döyüş hazırlığının yoxlaması üç gün davam edəcək.


Şərhlər