Neftçala rayonunda uzun müddətdir davam edən balıq bazarı qalmaqalı yenidən gündəmə gəlib.Avropa.info xəbər verir ki, rayonun icra başçısı İsmayıl Vəliyevin son dəfə verdiyi təlimat da nəticəsiz qalıb.
Xatırladaq ki, son dəfə fevral ayının 5-də İ. Vəliyev müavini Əlkömək Babayevə və rayon sanitar epidemioloji stansiyasının bazar üzrə məsul nümayəndəsi Mələk Hüseynovaya bazarın qısa zamanda bağlanması barədə təlimat vermişdi. Bazarın bağlanmasına nail olmayacaqları təqdirdə icra başçısı həmin şəxsləri işdən çıxarmaqla hədələmişdi.
Rəqib bazarın sahibi Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev redaksiyamıza zəng edərək, dünən səhər saat 8-də icra başçısının müavini Əlkömək Babayevin bir sıra şəxslərlə bazara gəldiyini bildirib.
Ə. Babayevlə bazara gələn şəxslər arasında icra nümayəndəsi, onun müavini Bəybala Qasımov, sanitar epidemioloji stansiyanın rəhbəri, sahə müvəkkili və 10 nəfər bələdiyyə nümayəndəsi olub.
Z. Fərziyevin dediklərinə görə, o, Ə. Babayevdən gəlişlərinin səbəbini soruşub. Cavab olaraq Ə. Babayev ona “göyərti almağa gəlmişik” deyə cavab verib. Bundan sonra bələdiyyə işçiləri bazardakı dükanları ölçməyə başlayıblar.
Rayon sanitar epidemioloji stansiyasının bazar üzrə məsul nümayəndəsi Mələk Hüseynova isə bazarda işləyənlərə həmin vaxt yenidən hədə-qorxu gələrək, onları 500 manat miqdarında cərimə edəcəyini bildirib.
İcra başçısının müavininin dəstəsində Azər adlı bir müəllim də olub. O rayon məktəblərinin birində dərs deyir. Amma Ə. Babayev onu işindən ayıraraq bazarın ərazisində çəkiliş aparmaq üçün gətirib. Həmin şəxs də bazarın qarşısında toplanıb qalmış tullantıların foto və videosunu çəkib.
Z. Fərziyev bildirib ki, bazarın qarşısında tullantılar üçün ayrılmış ərazi var. Neçə gündür ki, bələdiyyənin “zibilyığan” maşınları həmin ərazidəki tullantıları təmizləmirlər. O bələdiyyəyə gedərək nə üçün belə etdiklərini soruşub. Bələdiyyədən ona cavab veriblər ki, icra başçısının bu haqda tapşırığı var.
Daha sonra bələdiyyənin sədri Aydın Aslanov oradakı işçilərə xəbərdarlıq edib və bildirib ki, yeni tikilən bazara köçməsələr sabah buldozer gətirərək həmin mağazaları sökdürəcək. Aydın Aslanov bir zamanlar polis kimi fəaliyyət göstərib. Daha sonra isə rüşvət aldığı üçün işdən qovulub. Z. Fərziyev bildirib ki, Aydın Aslanov həmçinin rayonun maliyyə idarəsinin müdiri Rəşid Manafovun qohumudur. O çox qədimdən rayonda çalışdığı üçün bir çox məmurun eyiblərini yaxşı bilir və onları qorxudaraq rayonda istədiyini edir. Məhz bu minvalla o bələdiyyə sədri seçilib.

Şərhlər