Menu

Ukraynanda atəşkəsin ömrü cəmi 50 dəqiqə çəkdi-VİDEO

15.02.2015, 21:32
Ukraynanda atəşkəsin ömrü cəmi 50 dəqiqə çəkdi-VİDEO

Dünya liderlərinin təkidilə Ukraynanın şərqində sülhə nail olmaq üçün bir neçə gün bundan əvvəl Minskdə Ukrayna və Rusiya prezidentləri bir araya gəldi. Uzun çəkən danışıqlardan sonra Minsk razılaşması əldə olundu.ANS TV-nin məlumatına görə, Minskdə əldə olunan atəşkəs razılaşması cəmi 50 dəqiqə çəkib. Doğrudur artıq atışmalar əvvəlki kimi şiddətli deyil. Amma Ukraynada bu gecədən etibarən qüvvəyə minən atəşkəs rejimi gecə boyunca bəzən pozulsa da, davam etməkdədir. Həm münaqişənin davam etdiyi şərq vilayətlərində, həm də paytaxtda yerli sakinlər atəşkəs rejimini müxtəlif cür qiymətləndirib. Əvvəllər də bir neçə dəfə atəşkəsin elan olunduğunu qeyd edən sakinlər, yenə də bu qərara inandıqlarını ifadə edib.

“Biz sülhə inanırıq və ümid ediri ki, bir daha müharibə olmayacaq. Ümid edirik ki, sakinlər öz evlərinə qayıdacaq, küçələrdə gəzə biləcək və şəhər öz həyatına geri dönəcək” – deyə Luqansk sakini Lyubov Mersalova bildirib.

Paytaxt Kiyevdə isə qüvvəyə minən atəşkəs rejiminə tənqidlə yanaşan sakinlər də var.

“Sülh olacaq, amma bir az gec. Sülh Birləşmiş Ştatların vəd etdiyi silahları göndərəndən sonra olacaq”, – deyə Kiyev sakini Vasili Abramenyuk vurğulayıb.

Atəşkəs rejiminini davam etdiyi müddətdə beynəlxalq ictimaiyyətin diqqəti Debaltsevo cəbhəsinə yönəlib. Orada bir neçə həftədir ki, Ukrayna ordusu ilə üsyançılar arasında mübarizə şiddətlə davam edirdi. Atəşkəs rejimindən əvvəl rəsmi Kiyev Debaltsevo üzərində nəzarətin Ukrayana ordusuna keçdiyini bəyan etmişdi. Donbassın mərkəzi bölgələrində isə atəşkəsin ilk günündə gərginlik qeyd alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol